Ermənistan Mərkəzi Seçki Komissiyası prokurorluğun müxalifət bloku olan “Ermənistan”ın lideri və keçmiş prezident (1998-2008) Robert Köçəryana qarşı cinayət işi açmaq tələbini təmin edib. Bu barədə onun vəkili Aram Orbelyan Mərkəzi Seçki Komissiyasının binasının qarşısında yerli televiziya kanalları tərəfindən yayımlanan brifinqdə bildirib.
“Komissiya cinayət işinin başlanmasına icazə verib. İndi bütün ittihamlara çirkli pulların yuyulması da əlavə edilib”, – deyə o bildirib. (Tass)
