Ermənistan müxalifətinin nümayəndələri elan ediblər ki, 7 avqustda yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 16:00) Vaqarşapatdakı məhkəmə binasının qarşısında toplaşaraq bütün ermənilərin katolikosu II Qareginə və məhkəmə qərarının icrasına mane olmaqda ittiham olunan altı yepiskopa dəstək ifadə edəcəklər.
“Sabah parlamentdə olmayacağıq. Saat 16:00-da həmvətənlərimizlə birlikdə Vağarşapatda olacağıq ki, hamı dini hisslərimizlə oynamağın nəticələrinin olduğunu görsün. Sabah saat 16:00-da mən Eçmiədzin məhkəməsinin qarşısında olacağam və biz də məhkəmənin qarşısında olacağıq”, – deyə “Güclü Ermənistan” müxalifət fraksiyasının rəhbəri Narek Karapetyan bildirib.(Tass)
