İyul 8, 2026-19:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir

2025:10:16 - 14:10
in SİYASƏT
A A
Ermənistan vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi

Oktyabrın 16-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

APA xəbər verir ki, məhkəmə iclasında əvvəlcə iqtisadiyyata vurulmuş zərər və iqtisadi itkilərlə bağlı sənəd elan olunub.

Qeyd olunub ki, Ermənistanın hərbi təcavüzü nəticəsində müharibənin birbaşa təsirinə və işğala məruz qalmış Azərbaycan ərazilərində ölkənin təsərrüfat subyektlərinin iqtisadi fəaliyyəti tamamilə dayanıb, bölgənin iqtisadi resursları Ermənistan tərəfindən qanunsuz olaraq istismar edilib (o cümlədən təbii resurslar üzərində istismar hüquqlarının xarici şirkətlərə satılması yolu ilə), Azərbaycan iqtisadiyyatı-əhali, müəssisələr və dövlət böyük zərər və itkilərlə üzləşib.

Həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərini işğal etməsi nəticəsində 30 ilə yaxın müddətdə həmin ərazidə yerləşən mineral xammal ehtiyatları Ermənistan tərəfindən qanunsuz olaraq istismar edilib, böyük məbləğdə qeyri-qanuni gəlir əldə olunub, Azərbaycana böyük iqtisadi zərər vurulub. İşğal dövründə filiz və qeyri-filiz yataqlarında qanunsuz istismar işləri aparılıb, həmçinin bütün növ yeraltı su ehtiyatkarından qanunsuz istifadə edilib.

Sənədlərdə göstərilib ki, Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycana məxsus su elektrik stansiyaları işğalçı qüvvələr tərəfindən qeyri-qanuni şəkildə, heç bir ekoloji qaydaya əməl edilmədən istismar edilməklə elektrik enerjisi istehsal olunub. Bununla yanaşı, tikilməkdə olan elektrik stansiyalarının tamamlanması mümkün olmayıb. Nəticədə Azərbaycan hidroenerji istehsalı sahəsində böyük iqtisadi itkilərə məruz qalıb.

Bundan başqa, Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan ərazilərində əhalinin kənd təsərrüfatı ilə məşğul olması mümkün olmayıb, bu səbəbdən həm əhali, həm də dövlət böyük məbləğdə iqtisadi itkilərlə üzləşib.

“Minalar və partlamamış sursatlarla çirkləndirmənin vurduğu zərər”

“Minalar və partlamamış sursatlarla çirkləndirmənin vurduğu zərər” başlıqlı sənəddə qeyd edilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərinin işğalı zamanı işğal edilmiş ərazilərdə yüz minlərlə mina basdırılıb, geniş ərazilər partlamamış hərbi sursatlar ilə çirkləndirilib. Bu səbəbdən, işğaldan azad edilmiş ərazilərin Azərbaycanın digər ərazilərinə tam reinteqrasiyasının təmin etmək üçün uzun zaman və irihəcmli maliyyə vəsaiti tələb olunur.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Əvvəlki Yazı

Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini müəyyənləşdirmək üçün yeni qaydalar hazırlanacaq

Növbəti Yazı

Lavrov: Rusiya Yaxın Şərqdə nizamlanmanı asanlaşdırmağa hazırdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.