Ermənistan Tramp Marşrutunu ABŞ-a 49 il müddətinə icarəyə verəcək və layihədə ABŞ-ın payı 74% təşkil edəcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistan və ABŞ arasında “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi üzrə çərçivə sazişi ilə bağlı birgə bəyanatında bildirilir.
Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən dərc edilmiş sənəddə deyilir: “Ermənistan TRIPP İnkişaf Şirkətinin yaradılmasına icazə vermək və onu asanlaşdırmaq niyyətindədir. Şirkətin TRIPP-nin inkişafına cavabdeh olması və ona ilkin olaraq 49 il müddətinə inkişaf hüquqlarının verilməsi gözlənilir. Ermənistan ABŞ-a TRIPP İnkişaf Şirkətində 74% pay təklif etmək və 26% payı saxlamaq niyyətindədir. Bu əməkdaşlığın daha 50 il uzadılması və Ermənistan hökumətinin əlavə mülkiyyət hüququ alması və bununla da onun payının 49%-ə çatdırılması gözlənilir”. (Tass)
