May 30, 2026-22:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“Euronews”: Bakı tarix və müasirliyin vəhdətinin nümunəsidir

2025:12:31 - 14:17
in MƏDƏNİYYƏT
A A
Bakı tarix və müasirliyin vəhdətinin nümunəsidir.

APA xəbər verir ki, bu barədə “Euronews” telekanalının Bakı şəhəri ilə bağlı reportajında qeyd olunur.

“Bakı şəhərinin çoxmədəniyyətli xarakteri məscidlərin, sinaqoqların və kilsələrin bir-birinə yaxın yerləşməsi ilə özünü göstərir. Yaşıl sahələr və müasir dizayn isə ənənə, yenilənmə və müxtəlifliyin gündəlik həyatı formalaşdırmağa davam etdiyi bir şəhərin portretini tamamlayır”, – reportajda bildirilir.

Reportajda Bakı şəhərində qədim tarixlə çağdaş həyatın harmoniya içərisində olduğuna diqqət çəkilib.

“Euronews” komandası İçərişəhərlə tanış olub və burada tarixi abidələr barədə məlumatları izləyiciləri ilə bölüşüb: “Bakı ziddiyyətlər şəhəridir: burada qədim tarix və müasir həyat yanaşı mövcuddur. İçərişəhərin daş küçələri və Qız qalası kimi görməli yerlərdən başlayaraq, ziyarətçilər paytaxtdan kənara, neft irsinə əsaslanan bərpa, ictimai incəsənət və yaradıcı məkanlarla yenidən canlanan Balaxanı kəndinə doğru hərəkət edirlər”.

“Euronews” komandası Balaxanıdakı “Qum” hamamını, ovdan abidəsini ziyarət edib, abidələrin tarixi, istifadəsi haqqında məlumatlar bölüşülüb.

“Çələbi” qalereyasında Azərbaycanın zəngin mədəni irsi ilə tanış olan “Euronews” komandası buradakı sənət əsərlərində ənənəvi metodlarla müasir incəsənət məktəblərinin füsunkar sinergiyasından söz açıb.

“Euronews” komandası sonra məscid, kilsə və sinaqoqlar ziyarət edilib. Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin tolerant mühitdə yaşadığı bildirilib və nəticədə burada dinlərin çox nadir rast gəlinən sülh şəraitində mövcudluğu vurğulanıb.

Ümumilikdə reportajda Bakı şəhərində tarixilik və innovasiyanın balanslı münasibəti ətraflı şəkildə əks etdirilib.

Əvvəlki Yazı

Kamaləddin Qafarov: Vətən müharibəsində xalq Ali Baş Komandanın qətiyyətinə şahid oldu 12:50 BAKI, 31 dekabr. TELEQRAF “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müstəqil Azərbaycanın formalaşdırdığı qlobal siyasi konsepsiyalardan biridir. XXI əsrin yeni geosiyasi nizamında diasporun gücü təkcə mədəni eyniliklə deyil, həm də siyasi, informasiya və strateji təsir imkanları ilə ölçülür. Bu mənada həmrəylik gününün mahiyyəti yalnız emosional birlik deyil, dövlətlə diaspor arasındakı əlaqələrin müasir çağırışlara uyğunlaşdırılmış siyasi strukturudur. Dünya azərbaycanlılarının ən yüksək səviyyədə həmrəyliyini və təşkilatlanmalarını daim xüsusi diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqımızın birliyinə və ideoloji həmrəyliyinə nail olmuşdur. 1991-ci ilin dekabr ayının 16-da, Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan olunması barədə qanun qəbul etdi və artıq 34 ildir ki, bütün dünya azərbaycanlıları rəsmən bu günü bayram kimi qeyd edirlər.” Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. Millət vəkili daha sonra dünya azərbaycanlılarının həmrəyliyinin ən bariz təzahürlərinin II Qarabağ müharibəsi dövründə müşahidə olunduğunu vurğulayaraq bunları deyib: “Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində xaricdə yaşayan soydaşlarımız öz birliklərini və Azərbaycanla həmrəyliklərini düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları ilə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri ilə nümayiş etdirdilər. Müharibə zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Vətən müharibəsi müddətində xalqımız hər gün öz Ali Baş Komandanının yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Məhz cənab Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi bütün xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Azərbaycan tarixi Qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etdi. Möhtərəm Prezidentimizin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. 2022-ci ildə Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşa şəhərində keçirilməsi eyni zamanda həm mənəvi, həm də siyasi baxımdan son dərəcə böyük əhəmiyyət kəsb edən bir hadisə oldu. Şuşa təkcə ölkəmizdə deyil, bütün dünyada yaşayan Azərbaycanlıların doğma şəhəri olaraq şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edilmiş, xalqımızın, dövlətimizin tarixi Zəfərinin ən möhtəşəm mücəssəməsi olmuşdur. Cənab Prezident İlham Əliyevin dediyi kimi, dünya azərbaycanlıları Şuşada sözün əsil mənasında özlərinin Zəfər qurultaylarını keçiriblər. Müharibədən sonra keçən illər ərzində davamlı olaraq ardı gələn digər parlaq nailiyyət və qələbələr qürurumuzu daha da artırdı. Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü şəkildə atdığı hər bir addım, verdiyi hər bir qərar Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, mövqelərinin daha da möhkəmlənməsinə səbəb oldu” – deyə, Kamaləddin Qafarov fikirlərini tamamlayıb.

Növbəti Yazı

“Novxanı” yarımstansiyasının tikintisinə başlanılır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.