Fələstin Fələstin probleminin həllində göstərdiyi dəstəyə və həmrəyliyə görə Rusiyaya minnətdardır. Bunu Fələstinin Rusiya Federasiyasındakı səfiri Abdel Hafiz Nofəl deyib.
Fələstinli diplomat Moskvadakı səfirlikdə Fələstin xalqının hüquqlarının müdafiəsinə həsr olunmuş tədbirdə iki dildə – ərəb və rus dillərində çıxış edib.
“Biz bu gün bütün əlaqədarlara və bütün dünya ictimaiyyətinə mesaj göndərmək üçün toplaşmışıq. Rusiya rəhbərliyi və xalqı qanun və ədalətin tərəfindədir, bu, Fələstinin tərəfindədir. Dəstəyinizə və həmrəyliyinizə görə minnətdarlıq əlaməti olaraq Prezident Mahmud Abbasın salamlarını Sizə çatdırıram”, – diplomat bildirib.
Səfir vurğulamışdır ki, Fələstin İsrailin Fələstin xalqına qarşı hərəkətlərinə son qoymağa çağırır. (Tass)
