İyul 10, 2026-21:23
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Fərhad Abdullayev: Azərbaycan və Latviya Konstitusiya məhkəmələri arasında əməkdaşlığın inkişaf etdirilməsi əhəmiyyətlidir

2026:07:10 - 15:32
in SİYASƏT
A A

İyulun 10-da Latviyanın Konstitusiya Məhkəməsinin sədri İrena Kutsinanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Fəxri xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyaraq, əziz xatirəsini dərin ehtiramla yad edib. Qonaqlar, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edərək, üzərinə gül dəstələri düzüblər. Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anaraq, “Əbədi məşəl” abidəsinə ehtiramlarını bildiriblər.

Daha sonra Konstitusiya Məhkəməsində Latviya Konstitusiya Məhkəməsinin nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan sədr Fərhad Abdullayev Azərbaycan ilə Latviya arasında mövcud olan dostluq münasibətlərinin, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın son illər ərzində dinamik inkişaf etdiyini məmnunluqla qeyd edib. Bu münasibətlərə Prezident İlham Əliyevin dəvəti ilə Latviya Prezidenti Edqars Rinkeviçsin bu ilin aprel ayında Azərbaycana rəsmi səfərindən sonra yeni təkan verilib.

Qeyd olunub ki, dövlətlərimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə formalaşmış səmərəli tərəfdaşlıq münasibətləri məhkəmə-hüquq sahəsində də uğurla davam etdirilir. Bu baxımdan, Konstitusiya məhkəmələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, Konstitusiyanın aliliyinin təmin edilməsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Sədr qonaqlara respublikamızda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən ardıcıl islahatlar, məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsi barədə ətraflı məlumat verib. Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin əsas fəaliyyət istiqamətləri və qərar qəbuletmə proseduru, konstitusiya nəzarətinin həyata keçirilməsi, eyni zamanda, məhkəmənin qərarlarında əks olunmuş hüquqi mövqelərin hüquq sisteminin inkişafında əhəmiyyəti barədə danışıb.

Latviya Konstitusiya Məhkəməsinin sədri İrena Kutsina səmimi qəbula görə təşəkkürünü bildirərək, rəhbərlik etdiyi qurumun fəaliyyəti, konstitusiya nəzarətinin həyata keçirilməsi sahəsində formalaşmış təcrübə, habelə, vətəndaşların konstitusion hüquqlarının müdafiəsi istiqamətində qəbul olunan qərarlar barədə ətraflı məlumat verib. İrena Kutsina qeyd edib ki, konstitusiya ədalət mühakiməsi orqanlarının qarşısında duran ortaq məsələlər ətrafında geniş müzakirə və fikir mübadiləsinin aparılması olduqca faydalıdır.

Daha sonra hər iki ölkənin Konstitusiya Məhkəmələrinin hakimləri və Aparatlarının məsul əməkdaşlarının iştirakı ilə formalaşmış məhkəmə təcrübəsi, konstitusiya nəzarətinin aktual məsələləri, Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların müdafiəsinin müasir mexanizmləri, rəqəmsal transformasiya şəraitində məhkəmə fəaliyyətinin təşkili, süni intellekt texnologiyalarının tətbiqi, məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər hüquqi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüş iştirakçıları ikitərəfli əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin mütərəqqi hüquqi yanaşmalar əsasında konstitusiya nəzarətinin səmərəliliyinin artırılmasına mühüm töhfə verəcəyini bildiriblər.

Görüşün sonunda qonaqlar məhkəmənin binası ilə tanış olublar.

Əvvəlki Yazı

Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir, məsuliyyətdən azad edilmə halı olacaq

Növbəti Yazı

Sahibə Qafarova: Rəqəmsal idarəetmə müasir parlamentlərin əsas sütunudur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.