İyul 1, 2026-13:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Fərhad Abdullayev: Suverenlik istənilən xalqın ən böyük arzusu və niyyətidir

2025:09:19 - 11:43
in SİYASƏT
A A

Suverenlik istənilən xalqın ən böyük arzusu və niyyətidir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisdə keçirilən Dövlət Suverenliyi Günü ilə bağlı konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” böyük Zəfərin 5 illiyinə, Konstitusiyanın qəbulunun 30 illiyinə həsr edilib:

“Ulu Öndər Heydər Əliyev hələ sovetlər birliyi dövründə Azərbaycan üçün çox böyük işlər görüb. Azərbaycanda irihəcmli müəssisələr, beş böyük ali təhsil müəssisəsi açılmışdı. O, çox yaxşı anlayırdı ki, Azərbaycanın gələcəyi özünü dərk edən, vətənpərvərlik ruhunda gənclərin böyüməsindən, təhsildən asılıdır”.

F.Abdullayev vurğulayıb ki, Azərbaycanın Konstitusiyası olmayan zamanda ölkə sovetdənqalma qanunlarla idarə edilirdi:

“Ona görə də Konstitusiyanın hazırlanması və qəbulu vacib idi. Heydər Əliyev o zaman da qeyd etmişdi ki, bu sənəd uzunmüddətli olmalı, insan hüquq və azadlıqlarına dair bütün vacib məqamları özündə əks etdirməlidir”.

Konstitusiya Məhkəməsinin sədri əlavə edib ki, Azərbaycanın Konstitusiyasında ilk dəfə olaraq Konstitusiya Məhkəməsi anlayışı verilib.

O qeyd edib ki, bundan sonra Ulu Öndərin təşəbbüsü ilə 1998-ci ildə Konstitusiya Məhkəməsi fəaliyyətə başladı:

“Konstitusiya Məhkəməsi Konstitusiyanın qoruyucusudur. Avropa ölkələrində və digər dövlətlərdə də bu təsisatlar fəaliyyət göstərir”

Əvvəlki Yazı

Konstitusiya və suverenlik milli kimliyimizin təsdiqidir

Növbəti Yazı

Ziyafət Əsgərov: Suverenlik hər bir dövlət və xalq üçün müqəddəs anlayışdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.