“Report”un məlumatına görə, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov şair Çingiz Əlioğlu ilə vida mərasimində çıxışı zamanı deyib.
Nazir müavini deyib ki, onun yaradıcılığı bundan sonra da ciddi araşdırma və ilham mənbəyi olacaq:
“Çingiz Əlioğlu həm də Azərbaycanda nəşriyyat sisteminin formalaşmasında böyük əmək sərf edib. İstər bu səpkidə, istərsə də ədəbi xidmətləri baxımından Çingiz Əlioğlunun fəaliyyəti dövlətimiz tərəfindən qiymətləndirilib”.
Fərid Cəfərov sonda Azərbaycan ictimaiyyətinə Mədəniyyət Nazirliyi adından başsağlığı verib.
