Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ilə görüşüb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik görüşün foto və video görüntülərini yayıb. Gündəmlə bağlı təfərrüatlar verilməyib.
Bundan əvvəl bəzi Türkiyə KİV-ləri Umerovun Türkiyəyə bir sıra görüşlər üçün gəldiyini yazıb. (Tass )
