Slovakiyanın Baş naziri Robert Fiko hesab edir ki, İspaniyanın Şengen Sazişindən çıxarılması Seuta miqrant böhranını həll etməyəcək. O, bunu Facebook-da yazıb
Fiko yazıb: “Slovakiyanın Baş naziri olaraq, [qeyri-qanuni miqrantların Seuta ərazisinə daxil olması ilə bağlı vəziyyətin] həllinin İspaniyanı Şengen zonasından çıxarmaq olacağına inanmıram. İspaniya qanunsuz miqrasiyaya qarşı mübarizədə dəstəklənməlidir.”
Slovakiyanın Baş naziri Şengen zonasının xarici sərhədlərinin möhkəmləndirilməsinə çağırdı. Fiko bildirib ki, “Qanunsuz qaçqınların icazəsiz AB ölkələrinə daxil olmasının qarşısını almaq üçün mümkün və mümkün olmayan hər şeyi etməliyik”.
