Slovakiyanın Baş naziri Robert Fiko Macarıstanda keçirilən parlament seçkilərinin nəticələrini qəbul etdiyini açıqladı və Tisza partiyasının lideri Peter Magyarı qələbəsi münasibətilə təbrik etdi.
O, sosial media səhifəsində yazıb: “Dünənki parlament seçkilərində Macarıstan vətəndaşlarının verdiyi qərara tam hörmət edirəm və seçkilərin nəticələri münasibətilə təbrik etdiyim Macarıstanın yeni seçilmiş Baş naziri ilə sıx əməkdaşlıq etməyə hazıram”.
Fiko əmin olduğunu bildirib ki, Macarıstan, Slovakiya və digər Mərkəzi Avropa ölkələri ilə birlikdə Drujba neft kəməri vasitəsilə tranzitin bərpasında maraqlı qalacaq.
O, həmçinin Macarıstanın Baş naziri Viktor Orbana illərlə davam edən əməkdaşlığa görə təşəkkür etdi. “Qarşılıqlı hörmət atmosferində, bu dövrdə heç vaxt bu qədər yüksək səviyyədə olmayan yüksək keyfiyyətli Slovakiya-Macarıstan münasibətlərinin inkişafına böyük səy göstərdik”, – deyə o, Facebook-da yazıb. Slovakiyanın baş naziri bu açıqlamanı Macarıstan seçkilərinin nəticələrini qiymətləndirmək kontekstindən kənarda verdiyini vurğulayıb. (Tass )
