İyul 2, 2026-2:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Fikrət Məmmədov: “Azərbaycanda enerji keçidi üçün qanunvericilik bazası təkmilləşdirilir”

2026:07:01 - 11:57
in İQTİSADİYYAT
A A
Azərbaycanda ənənəvi elektrik şəbəkələrinin yeni bərpa olunan enerji infrastrukturlarına inteqrasiyası istiqamətində mühüm addımlar atılır, qanunvericilik bazası isə bu prosesə uyğun olaraq yenilənir.

“Report” məlumat verir ki, bu barədə “Sage Solutions” MMC-nin direktoru Fikrət Məmmədov “Ədalətli keçid dialoqu: Azərbaycanda yaşıl iqtisadiyyata ədalətli keçidin təmin edilməsi” mövzusunda keçirilən tədbirində çıxış edərkən söyləyib.

Onun sözlərinə görə, qanunvericilik müstəvisində bu sahədəki münasibətləri nizama salan yeni normativ aktlar, qərarlar və texniki standartlar işlənib hazırlanır: “Bu prosesdə ədalətli keçidin reallaşdırılması xüsusi önəm daşıyır. Ədalətli keçid vətəndaşların yeni peşə bacarıqları qazanma imkanlarının artırılması deməkdir. Məhz buna görə yeni proqramlar, müasir tədris kursları, təlimlər nəzərdə tutulmalı, yeni iş yerlərinə uyğunlaşa biləcək insanlar və onların ehtiyacları bu prosesə daxil edilməlidir”.

O vurğulayıb ki, “Masdar” şirkəti ilə ortaq şəkildə həyata keçirilən kadr hazırlığı layihəsi bir sıra proqramları əhatə edəcək: “Hazırda bir neçə proqram və bununla əlaqədar təlim məsələləri üzərində iş aparılır, yaxın vaxtlarda biz onları geniş ictimaiyyətin və mütəxəssislərin diqqətinə çatdıracağıq”.

F.Məmmədovun bildirdiyinə görə, artıq “Masdar” şirkətinin ekspertləri ilə bu mövzuda ətraflı müzakirələr aparılıb və onlardan ilkin qiymətləndirmələr əldə olunub: “Koordinasiya çərçivəsində onlardan təkliflər almışıq. Hesab edirik ki, növbəti mərhələ uğurla nəticələnəcək. Həmin proqramlar Elm və Təhsil Nazirliyinə təqdim ediləcək, bundan sonra isə Azərbaycanda tədris prosesinə daxil ediləcək. Proqramlar texniki xidmət, mühəndislik və digər sahələri əhatə edəcək”.

Əvvəlki Yazı

Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib

Növbəti Yazı

İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.