Aprel 26, 2026-15:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Filarmoniyada milli opera inciləri səslənib

2026:04:13 - 11:36
in MƏDƏNİYYƏT
A A

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Opera və Balet Teatrının simfonik orkestri və xor kollektivinin ifasında “Milli opera inciləri” layihəsi çərçivəsində konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, konsertə Əməkdar artist, baş dirijor Əyyub Quliyev rəhbərlik edib.

Proqramın xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Konsertdən əvvəl çıxış edən Əyyub Quliyev proqramda yer alan əsərlərin seçilmə prinsiplərindən danışıb. O bildirib ki, bu gün təqdim olunan əsərlərin bir çoxu bərpa edilərək uzun illər sonra yenidən səsləndirilir. Bu isə konsertin həm musiqi irsinin dirçəldilməsi, həm də unudulmuş və ya az ifa olunan operaların yenidən dinləyici auditoriyasına çatdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını göstərir.

Baş dirijor vurğulayıb ki, bu cür tədbirlərin keçirilməsi opera sənətinin inkişafı, milli musiqi irsinin təbliği və klassik ənənələrin qorunaraq yeni nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Konsert Üzeyir Hacıbəylinin “Milli marş” əsəri ilə başlayıb. Daha sonra bəstəkarın “Şeyx Sənan” operasından “Müqəddimə”, Müslüm Maqomayevin “Nərgiz” operasından iki xor səhnəsi səsləndirilib.

Proqram çərçivəsində, həmçinin Reynhold Qlierin “Şahsənəm” operasından “Qonaqların gəlişi”, “Dostların xoru”, “Rəfiqələrin xoru”, “Qızların rəqsi”, “Kişilərin rəqsi”, Qara Qarayevin “Vətən” operasından xor, Siyavuş Kəriminin “Nəsimi” operasından Fatimənin xor səhnəsi, “Kəpənəklər” xoru və digər əsərlər ifa olunub.

Konsertdə Əməkdar artist Təyyar Bayramov, solistlər Nazim Mahmudov, Günel Hacıyeva, Nigar Cəfərova, Fatimə Cəfərzadə və Rəvanə Əmiraslanlı çıxış ediblər.

Əvvəlki Yazı

Jurnalistlər üçün elm və təhsil üzrə media məktəbi fəaliyyətə başlayır

Növbəti Yazı

ATU və DAAB əməkdaşlığa başlayır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.