Fransa Vətənpərvərləri Partiyasının lideri Florian Filippot Fransa prezidenti Emmanuel Makronu Ukraynada sülh yolu ilə nizamlanmanın əsas rəqibi kimi xarakterizə edib.
“Sülhün əsas düşməni danışır!” Filippo X-də Makronun Vladimir Zelenski ilə danışıqlarını şərh edərkən yazıb.
Fransız siyasətçinin fikrincə, Ukrayna münaqişəsinə həqiqətən son qoymaq üçün “korrupsiya bataqlığına qərq olmuş” Kiyevə silah və pul göndərilməsini dayandırmaq lazımdır.(Tass)
