Finlandiyanın müdafiə naziri Antti Hakkänen Rusiya da daxil olmaqla Avropa İttifaqından kənar alıcıların daşınmaz əmlak alqı-satqısı ilə bağlı 11 müraciətini rədd edib.
“Finlandiyanın müdafiə naziri Antti Hakkänen Avropa İttifaqına daxil olmayan ölkələrdən 11 potensial alıcıya Finlandiyada daşınmaz əmlak almaq üçün icazələrin verilməsini qadağan edib”, – deyə məlumatda bildirilir.
Finlandiyada daşınmaz əmlak almaq istəyənlər arasında İsrail, Qazaxıstan, Qırğızıstan və Rusiya vətəndaşları olub. Potensial alıcılar respublikadakı əmlakdan biznes üçün istifadə etməyi və ya istirahət yeri kimi inkişaf etdirməyi planlaşdırırdılar. Hakkänen bildirib ki, imtinanın səbəbi “milli təhlükəsizliyə və təchizat təhlükəsizliyinə mümkün təhlükə” ilə bağlıdır. Nazirin sözlərinə görə, mülkiyyət respublikada üçüncü ölkələr üçün “hibrid təsir alətinə” çevrilə bilər. (Tass)
