Finlandiya parlamentinin keçmiş üzvü Ano Turtiainen Rusiyadan siyasi sığınacaq üçün müraciət edib. Bu barədə o, YouTube kanalında məlumat verib.
Videoda o, Rusiyada qaçqın statusu ilə bağlı müraciətinə baxılmasının sübutunu göstərib. Keçmiş deputatın sözlərinə görə, o, indi “viza ilə bağlı narahat olmağa dəyməz”.
Ano Turtiainen Finlandiyanın NATO-ya daxil olmasına qarşı çıxdı. Ötən həftə Yalta Beynəlxalq Forumunda o, Rusiyadan siyasi sığınacaq istəmək qərarını açıqlayıb. (Tass)
