Finlandiya Xarici İşlər Nazirliyi Rusiyanın respublikadakı səfiri Pavel Kuznetsovu kiber kampaniya ilə bağlı çağırıb. Bu barədə Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirib.
O yazıb ki, “Bu gün Rusiya Federasiyasının səfirini görüş üçün çağırdım”. Valtonen əlavə edib ki, Finlandiya Rusiyanın iddia edilən kiberfəaliyyətlərini və “kiberməkandan sui-istifadəsini” pisləyir.
Bundan əvvəl Rusiya səfirləri Fransa və Almaniya Xarici İşlər Nazirliklərinə çağırılmışdı. (Tass)
