Finlandiyanın milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema Britaniya hökumətinin Ukrayna üçün yeni uzaqmənzilli raketlər hazırlamaq planını Londonun davam edən Ukrayna münaqişəsinin əsas sponsoru olduğuna dəlil adlandırıb.
O, X-də yazıb: “Böyük Britaniya hökuməti Ukraynaya Rusiyaya qarşı istifadə üçün uzun mənzilli raketlər (500 km) vermək planı hazırlayıb. Bu, dəfələrlə sülhə maneə kimi çıxış edən Britaniya hökumətinin ciddi müdaxiləsidir. Bu, məni inandırır ki, Böyük Britaniya bu müharibənin əsas sponsoru və [Rusiyaya qarşı] proksi müharibəsinin əsas təhrikçisidir”.
Mema qeyd edib ki, bu proqramın həyata keçirilməsi dünyanı nüvə münaqişəsinə daha da yaxınlaşdıracaq. O əlavə edib ki, “Britaniyalılar bunu istəyirlərmi? Onlar nüvə müharibəsi istəyirlərmi?”.
Bazar günü Britaniya Müdafiə Nazirliyi elan etdi ki, Böyük Britaniya Ukrayna üçün 500 km-dən çox mənzilə malik yeni “Nightfall” ballistik raketləri hazırlayacaq. Hər biri 200 kiloqramlıq döyüş başlığı olan bu dəqiq idarə olunan raketlər müxtəlif platformalardan buraxıla bilər. Hər bir sursatın maksimum istehsal dəyəri 800.000 funt sterlinq (1,07 milyon dollar) olacaq.
(Tass)
