Finlandiyanın nüvə silahlarının idxalı və yerləşdirilməsinə qoyulan qadağanı ləğv etmək planları onların istifadəsi və regionda “nüvə qışı”nın yaranması riskini artırır. Nüvə Silahlarının Ləğvi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) koordinatoru Florian Eblenkamp TASS-a Helsinkinin planları ilə bağlı şərh istəyinə cavab olaraq bildirib.
Eblenkampa görə, Avropada daha çox nüvə silahının yerləşdirilməsi “bölgəni daha təhlükəsiz etmir”, əksinə “səhv hesablama, qəza və ya qəsdən istifadə riskini artırır”. Bu səbəbdən, ICAN “Finlandiya hökumətinin 1980-ci illərdən bəri ölkədə qüvvədə olan nüvə silahlarına qoyulan qadağanı ləğv etmək təklifini tənqid edir”.
Təşkilat Helsinkinin planlarını “məsuliyyətsiz” adlandıraraq qeyd edib ki, “hətta məhdud nüvə mübadiləsi belə Finlandiyanı, Rusiyanı və bütün regionu viran edəcək nüvə qışına səbəb olacaq”. Eblenkamp vurğulayıb ki, “Biz Finlandiya xalqı ilə həmrəyik, onların böyük əksəriyyəti öz ölkələrində nüvə silahlarının yerləşdirilməsinə qarşıdır”. Nüvə Silahlarının Ləğvi üzrə Beynəlxalq Kampaniya 2007-ci ildə Avstraliyanın Melburn şəhərində təsis edilmiş qeyri-hökumət təşkilatlarının koalisiyasıdır. Onun məqsədi tam nüvə tərksilahıdır. 2017-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb. (Tass)
