İyun 22, 2026-23:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Folklor İnstitutunda elmi seminar: Hənəfi Zeynallı irsi və Kürdəmir toyları

2026:06:22 - 15:45
in MƏDƏNİYYƏT
A A

AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsində növbəti elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda şöbənin elmi işçisi Xəzəngül Məmmədovanın “1920-1930-cu illər Azərbaycan folklorşünaslığında mərasim folklorunun tədqiqi” mövzusunda məruzə edib. O bildirib ki, Hənəfi Zeynallı folklorşünaslıq tarixində ilk dəfə olaraq Azərbaycanda xalq ədəbiyyatının çap olunma və öyrənilmə məsələlərini sistemləşdirməyə çalışıb. Onun məqalə və kitablarının bir çoxunda mərasim folkloru ilə bağlı bir sıra məsələlərə toxunulub. Hənəfi Zeynallı mərasim folkloruna, onun janrlarına xüsusi önəm verirdi və mərasimləri folklorşünaslığın vacib meyarlarından biri hesab edirdi.

Daha sonra şöbənin elmi işçisi Akifə Xəlilovanın “Kürdəmirdə toy mərasimlərinin lokal xüsusiyyətləri” mövzusunda məruzəsi dinlənilib. Tədqiqatçı toy mərasimlərinin Azərbaycan xalq mədəniyyətinin ən zəngin və çoxqatlı sahələrindən biri olmaqla, hər bir bölgənin tarixi, etnik tərkibi, sosial münasibətləri və mədəni yaddaşı ilə sıx bağlı şəkildə formalaşdığını söyləyib. Tədqiqatçı Kürdəmirdə toy məclislərində musiqi və rəqsin mühüm yer tutduğunu, milli musiqi alətlərinin müşayiəti ilə ifa olunan xalq mahnıları və yallıya bənzər kollektiv rəqslərin mərasimin ayrılmaz hissəsini təşkil etdiyini bildirib. Onun fikrinə görə, toylarda tamada çıxışları, xeyir-dualar, aşıq yaradıcılığı elementləri və məzəli folklor nümunələri sosial ünsiyyətin möhkəmlənməsinə xidmət edir. Müasir dövrdə urbanizasiya, medianın təsiri və qloballaşma nəticəsində Kürdəmir toylarında müəyyən dəyişikliklər müşahidə olunsa da, bölgəyə məxsus bir çox lokal xüsusiyyətlər hələ də qorunmaqdadır. Xüsusilə yaşlı nəslin yaddaşında yaşayan mərasim detalları və folklor nümunələri milli-mədəni irsin öyrənilməsi baxımından əhəmiyyət daşıyır. Bu baxımdan Kürdəmir toy mərasimlərinin tədqiqi yalnız regional folklorun deyil, bütövlükdə Azərbaycan mərasim mədəniyyətinin inkişaf dinamikasının öyrənilməsi üçün də dəyərli elmi material təqdim edir.

Elmi seminar müzakirələrlə davam edib.

Əvvəlki Yazı

Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb

Növbəti Yazı

Xəzər dənizində batan 4 nəfərdən 2-nin meyiti sudan çıxarılıb, digərlərinin axtarışı davam etdirilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.