İyun 8, 2026-21:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib

2026:06:08 - 14:05
in MƏDƏNİYYƏT
A A

Buİtaliyanın paytaxtı Romadakı “Medina Art Gallery” qalereyasında azərbaycanlı fotoqraf Aydın Mehdiyevin “Azərbaycanın daş mühafizəçiləri” adlı fərdi fotosərgisi açılıb. Sərgi “Palazzo Mandrilli” qalereyasının təşkilatçılığı ilə baş tutub.

AZƏRTAC xəbər verir ki, sərgidə təqdim olunan fotoşəkillər ifadəliliyi ilə diqqətçəkən təbii formaları əks etdirir. Eksponatlar insan qavrayışının ən heyrətamiz xüsusiyyətlərindən birini – tanış təsvirləri mövcud olmayan yerlərdə tanımaq qabiliyyətini araşdırır.

Daş formalar vasitəsilə Azərbaycanın zəngin tarixi, qədim ənənələri və unikal mənzərələri təqdim olunur. Burada təbiət fon deyil, rəssam fırçası və ya heykəltaraş aləti olmadan sənət əsərlərini ərsəyə gətirən yaradıcıdır.

Rəssam Aydın Mehdiyevin AZƏRTAC-ın müxbirinə verdiyi məlumata görə, sərgi İtaliya sənətsevərləri arasında böyük rezonans doğurub.

O qeyd edib: “Sərgiyə gələnlər arasında əsərlərlə çox maraqlanan italyan fotoqraflar da var idi. İtaliyada keçirilən əvvəlki sərgim də Azərbaycanın təbiətinə həsr olunmuşdu. Bu dəfə daş mövzusunu seçdim”.

Aydın Mehdiyev texniki elmlər doktoru, gömrük xidməti polkovniki və 2025-ci ilin aprel ayında Beynəlxalq İncəsənət Fotoqrafları Assosiasiyası (IAAP) tərəfindən “Titan” adına layiq görülmüş tanınmış fotoqrafdır. O, hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika kafedrasının professorudur.

Əvvəlki Yazı

Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb

Növbəti Yazı

Bakıda Azərbaycan-Litva dostluğu və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirildi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.