Yeddilik Qrupunda (G7) Fransa fikir ayrılıqlarını həll etmək üçün birtərəfli tədbirlərin tətbiqinə qarşı çıxır və bütün G7 üzv ölkələrini sıx əməkdaşlıq etməyə çağırır. Bu barədə Fransanın sədrliyi dövründə G7 iqtisadiyyat və maliyyə nazirlərinin görüşündən sonra qəbul edilmiş kommünikedə bildirilib.
Mətndə qeyd olunur ki, “G7 həmkarları ilə fikir mübadiləsi zamanı iqtisadiyyat və maliyyə naziri Roland Leskur mövcud beynəlxalq fikir ayrılıqlarına cavab olaraq birtərəfli tədbirlərdən daha çox dialoqa və ortaq həll yollarının axtarışına üstünlük verilməsinin vacibliyini vurğulayıb”.
Departament Qrenlandiya ətrafındakı vəziyyəti birbaşa qeyd etmədən bildirib ki, Leskur “suverenlik və ərazi bütövlüyünün ümumi prinsiplərinə etimad və hörmət əsasında münasibətlərin qorunmasının vacibliyini qeyd edib”.
Görüşdə bütün G7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) iqtisadiyyat və maliyyə nazirləri, Avropa İttifaqının nümayəndələri, Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva və Dünya Bankının rəhbəri Ajay Banga iştirak ediblər.
Fransa 2026-cı ilin yanvar ayından bəri G7-yə sədrlik edir. G7 sammiti 15-17 iyun tarixlərində Evian şəhərində keçiriləcək. (Tass)
