Fransa ən böyük nüvə gücləri arasında strateji silahlara nəzarəti dəstəkləyir. Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Konfavrö brifinqdə bildirib.
“Özümüzə gəldikdə isə, Fransa ən böyük nüvə arsenalına malik dövlətlər arasında strateji silahlara nəzarətin tərəfdarıdır”, – deyə o, Rusiya-Amerika Strateji Silahların Azaldılması Müqaviləsinin (START) müddətinin bitməsi ərəfəsində Fransanın mövqeyi ilə bağlı şərh vermək xahişinə cavab olaraq bildirib.
Onun sözlərinə görə, Fransa ciddi kifayətlilik doktrinasına sadiqdir və bu doktrinaya əsasən, ölkənin nüvə arsenalı milli təhlükəsizliyi təmin etmək və potensial təcavüzkarları çəkindirmək üçün zəruri olan minimum səviyyədə saxlanılır. Konfavrö qeyd edib ki, “bu doktrinaya görə biz Yeni START-ın tərəfi deyildik”.
O əlavə edib ki, 5 fevralda “Yeni START-ın ləğvi ilə Soyuq Müharibədən bəri ilk dəfə olaraq dünyanın ən böyük nüvə arsenallarına qoyulan bütün məhdudiyyətlər aradan qalxacaq”. (Tass)
Konfavrö əvvəllər Fransanın nüvə arsenalının ABŞ və ya Rusiyanın arsenalları ilə müqayisə edilə bilməyəcəyini və Parisin strateji silahlara nəzarət danışıqlarına qoşulmaq üçün heç bir səbəbinin olmadığını bildirmişdi.
