Fransa prezidenti Emmanuel Makron yeni təyin olunmuş hökumətin istefa verdiyini elan etməsindən bir neçə saat sonra Parisdə sahil boyu təkbaşına gəzərkən görüntülənib. Prezidentin gəzintisinin görüntüləri BFMTV telekanalında yayımlanıb.
Gəzintinin yeri dəqiqləşdirilməyib, lakin dərc olunan kadrlara əsasən, Fransa liderinin paytaxtın mərkəzindəki İle de la Site meydanının yaxınlığında yaxalandığı ehtimal edilir. Onu bir neçə mühafizəçi müşayiət edib.
Videonu şərh edən xəbər aparıcısı, “Səslənir ki, o, cib telefonu ilə danışır. Onun çoxlu məsləhətləşmələri olduğu açıq-aydındır və istər yeni baş nazir, istər parlamentin buraxılması, istərsə də referendum olsun, yaxın saatlarda qərar verən şəxs odur”.
