Fransanın xarici işlər naziri Jan-Noel Barro Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) dəniz obyektinə endirilən zərbəni təsdiqləyib və itki olmadığını bildirib. O, bu barədə Parisdə keçirilən mətbuat konfransında bildirib.
“Dünən Əmirliklərdəki dəniz bazamızdakı bir anqar Əbu-Dabi limanını hədəf alan dron hücumuna məruz qaldı. Xoşbəxtlikdən, dəyən ziyan məhdud və əhəmiyyətli idi”, – nazir bildirib.
Daha əvvəl AFP xəbər agentliyi İranın Əbu-Dabidə Fransa qoşunlarının yerləşdiyi hərbi bazaya pilotsuz təyyarə hücumunun obyektdə yanğına səbəb olduğunu bildirmişdi. Fransa Silahlı Qüvvələri naziri Ketrin Votrin bildirib ki, bazadakı Fransa qoşunları “saatbasaat dəyişən vəziyyətə görə maksimum hazırlıq vəziyyətindədir”.
