Fransanın baş naziri Sebastien Lekornu hökumətini təyin etdikdən bir gün sonra Milli Assambleyada (parlamentin aşağı palatası) çıxış edəcək. Bu barədə hökumət sözçüsü Maud Brejon RTL radiosunda məlumat verib.
“Hökumətin siyasət bəyanatı sabah günortadan sonra açıqlanacaq. Vaxt təsdiqlənəcək, lakin o, çox güman ki, saat 15:00-da (Bakı vaxtı ilə 17:00 ) olacaq”, – o deyib. Brejn həmçinin bildirib ki, Nazirlər Şurasının yeni kabinetlə ilk iclası elə həmin səhər baş tutacaq və burada 2026-cı ilin büdcə layihəsi təqdim olunacaq.
Hökumət sözçüsü elandan sonra ona qarşı etimadsızlıq səsverməsi verilə biləcəyini etiraf etdi, lakin o, belə bir addımı nəzərdən keçirən parlament üzvlərini bunu yalnız konkret qanun layihələrini müzakirə etdikdən sonra etməyə çağırdı. O, həmçinin bildirib ki, hökumətə etimadsızlıq səsverməsi “parlamentin buraxılmasına zəmin yaradacaq” və bu, Fransanın qlobal səhnədəki imicinə daha da xələl gətirəcək, onu zəiflədəcək və fransız xalqına mənfi təsir göstərəcək. (Tass)
