Britaniyanın Financial Times qəzetinin məlumatına görə, İran əməliyyatından sonra Pentaqonun raket ehtiyatlarını doldurması üçün illər lazım ola bilər ki, bu da ABŞ-ı təcili olaraq daha ucuz və daha sürətli istehsal üsulları axtarmağa məcbur edir.
Nəşrin qeyd etdiyi kimi, Amerika hərbi sənayesi kifayət qədər raket istehsal etmir və onların dəyəri çox yüksəkdir. FT-yə görə, ABŞ hər il hər biri 2,6 milyon dollara başa gələn 600 Tomahawk raketi istehsal edir, bir Precision Strike Missile (PrSM) qısa mənzilli ballistik raketinin qiyməti 1,6 milyon dollar, bir JASSM hava-yer tipli kruiz raketinin qiyməti isə 1,9 milyon dollardır. Hazırkı şərtlər altında Pentaqonun İrandakı əməliyyat zamanı istehsal olunan raket ehtiyatını doldurması üçün “aylar deyil, illər” lazım olacaq.
Pentaqonun keçmiş rəsmisi Maykl Horovitz qəzetə verdiyi açıqlamada bildirib ki, “Amerikanın arsenalı yalnız istehsalı çətin olan bahalı və mürəkkəb sistemlərə əsaslanır. İndi fərqli bir silah dövründə olduğumuz üçün ABŞ yanaşmasını dəyişdirməlidir”. (Tass)
