ABŞ, Çinin dəstəyi ilə sintetik opioid fentanil üçün istehsal kanallarını effektiv şəkildə bağladı. Bu barədə bu yaxınlarda Çində səfərdə olan Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel Ağ Evdə jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“ABŞ prezidenti Donald Tramp on minlərlə amerikalının ölümünə səbəb olan fentanil istehsalı üçün boru kəmərini mahiyyətcə bağlayıb”, o, Vaşinqton və Pekin arasında narkotiklərin istehsalı və qanunsuz dövriyyəsi ilə mübarizəyə dair yeni razılaşmaları şərh edərkən deyib.
Patelin sözlərinə görə, fentanil istehsal etmək üçün istifadə edilən 13 prekursor Çin hökuməti tərəfindən “indi qadağan edilib” və “Meksika narkotik ticarəti qruplarının” əlinə keçməyəcək. FTB rəhbəri Çin və ABŞ arasındakı razılaşmanı “tarixi nailiyyət” kimi qiymətləndirsə də, Vaşinqtonun buna görə ən çox tərifə layiq olduğu fikrində olduğunu bildirib.
Noyabrın 10-da Çin səlahiyyətliləri ABŞ, Kanada və Meksikaya 13 növ prekursor kimyəvi maddələrin ixracı üçün məcburi lisenziyalaşdırma tətbiq etdiklərin açıqlayıb. (Tass)
