Dünya İqtisadi Forumunun 2025-ci il üzrə “Peşələrin gələcəyi” hesabatında qeyd olunur ki, gələcəyin peşə və bacarıqları texnoloji inkişaf, yaşıl iqtisadiyyata keçid, eləcə də iqtisadi və demoqrafik dəyişikliklərin tələblərinə uyğun formalaşacaq.
Bakı Slavyan Universitetindən AZƏRTAC-a bildirilib ki, bu fikri rektor Anar Nağıyev Azərbaycan Dövlət Aqrar Universitetinin təşəbbüsü və Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin birgə təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan konfrans çərçivəsində “Elm və təhsildə yaşıl konsepsiyalar” adlı panel müzakirəsində səsləndirib.
