Avqust 4, 2026-1:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“Gəncə KOB evi” sahibkarlara 2000-dən çox xidmət göstərib

2026:08:03 - 14:15
in İQTİSADİYYAT
A A

Hazırda “Gəncə KOB evi”ndə sahibkarlara biznesin qurulması və inkişafı üzrə 80-dən çox xidmət təqdim olunur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, cari ilin mart ayında fəaliyyətə başlayan “Gəncə KOB evi”ndə iyulun 1-dək sahibkarlara 2149 xidmət göstərilib. Bu xidmətlərin 1842-si G2B, 307-si isə B2B xidmətlər olub.

Sahibkarların müraciətləri əsasən biznesin qurulması və inkişafı, yük və sərnişin daşımaları, mənşə sertifikatlarının alınması, poçt xidmətləri və digər məsələləri əhatə edib. Ən çox xidmət göstərən qurumlar aşağıdakılar olub:

• Dövlət Reklam Agentliyi – 567 xidmət (26,38 faiz)

• Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi – 506 xidmət (23,54 faiz)

• Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi – 411 xidmət (19,12 faiz)

• “Azərpoçt” MMC – 217 xidmət (10,09 faiz)

• Qida Təhlükəsizliyi Agentliyi – 63 xidmət (2,93 faiz)

“Gəncə KOB evi”nin xidmətlərindən Gəncə şəhəri ilə yanaşı, Naftalan, Daşkəsən, Goranboy, Göygöl, Samux, Şəmkir, Qazax, Tovuz, Ağstafa və Gədəbəy rayonlarının sahibkarları da istifadə ediblər.

Qeyd edək ki, “Gəncə KOB evi” Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin struktur bölməsidir. Burada sahibkarlara biznesin qeydiyyatı, vergi xidmətləri, lisenziya və icazələrin alınması, investisiya təşviqi sənədinin verilməsi, qida təhlükəsizliyi, baytarlıq və bitki mühafizəsi, kommunal xidmətlərə qoşulma və digər istiqamətlər üzrə xidmətlər göstərilir. Ümumilikdə “Gəncə KOB evi”ndə sahibkarlara 18 dövlət qurumu və özəl təşkilat tərəfindən 80-dən çox xidmət təqdim olunur. KOB evində göstərilən xidmətlər barədə ətraflı məlumatı linkə keçid etməklə öyrənmək olar: https://smb.gov.az/az/nav/kob-evleri

Əvvəlki Yazı

Enerji effektivliyi haqqında qanuna dəyişikliklər təsdiqlənib

Növbəti Yazı

Dörd nüfuzlu universitetdən qəbul təklifi alan Əli Xəlilov: Xaricə yalnız diplom almaq üçün getməməliyik

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.