Avqust 21, 2026-20:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Gəncədə Cavad xanın xatirəsi anılıb

2026:01:15 - 15:51
in MƏDƏNİYYƏT
A A

Gəncədə Qacarlar nəslindən olan Azərbaycan sərkərdəsi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın xatirəsi yad edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları Cavad xanın Gəncənin mərkəzində yerləşən türbəsini ziyarət edib, məzarı üzərinə tər çiçəklər düzüblər. Din xadimi tərəfindən xanın ruhuna dualar oxunub.

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildə Cavad xanın məzarı üstündə türbə inşa edilərək, onun xatirəsi əbədiləşdirilir.

222 il əvvəl — 1804-cü ilin yanvar ayında rus qoşunlarının Gəncəyə hücumu zamanı Cavad xan, oğlu Hüseynqulu xan və minlərlə Gəncə sakini düşmənlə son nəfəslərinədək vuruşaraq, Gəncə qalasında şəhidlik zirvəsinə ucalıblar. Bütün tarixi mənbələrdə Gəncənin işğal günü və Cavad xanın şəhid olması Yulian təqvimi ilə yanvarın 3-ü göstərildiyi üçün müasir mənbələrin çoxunda da düzəliş verilmədən mexaniki olaraq həmin tarix qeyd edilib. Ancaq köhnə rus tarixi mənbələrində 3 yanvar günü o vaxt istifadə olunan Yulian təqvimi ilə göstərilib ki, bu da 1918-ci ildən istifadə etdiyimiz Qriqori təqvimi ilə yanvarın 15-nə təsadüf edir.

 

Əvvəlki Yazı

Enerji effektivliyi informasiya sisteminin operatoru məlum olub

Növbəti Yazı

AMEA-da Sadıq Qarayevin əsərlərində azərbaycançılıq məfkurəsi və Zəfərin vəhdətinə həsr olunmuş tədbir keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.