Avqust 16, 2026-3:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Din və fəlsəfə

Gəncədə inklüziv cəmiyyət quruculuğunda din xadimlərinin roluna dair regional konfrans keçirilib

2025:10:21 - 15:15
in Din və fəlsəfə
A A
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda regional konfrans keçirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri, dini icma sədrləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Gəncə tarixən tolerantlıq və multikultural dəyərləri ilə seçilən məkan olub:

“Burada müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin nümayəndələri uzun illərdir qarşılıqlı hörmət və dostluq şəraitində birgə yaşayırlar. Bu ənənə Gəncənin sosial həyatına, ictimai münasibətlərinə və dini həmrəyliyinə xüsusi rəng qatır”.

Dinlərarası harmoniyanın qorunmasında din xadimlərinin roluna diqqəti çəkən N.Bayramov vurğulayıb ki, onlar milli-mənəvi dəyərlərin təbliğinə, cəmiyyətin mənəvi birliyinin qorunmasına töhfə verirlər. Tədbirin əhəmiyyətinə də toxunan İcra hakimiyyətinin başçısı onun fikir mübadiləsi, əməkdaşlıq və birgə fəaliyyət üçün yeni imkanlar yaradacağına əminliyini ifadə edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov vurğulayıb ki, bu gün ölkədə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən bərabərlik, sosial ədalət və milli həmrəylik siyasəti nəticəsində inklüziv cəmiyyət quruculuğu modeli formalaşıb: “Bu modeldə fərqliliklərin harmoniya və qarşılıqlı etimad əsasında qiymətləndirilməsi əsas yer tutur”.

Komitə sədri qeyd edib ki, Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu sosial həssas qruplara, mədəniyyətə və mənəvi dəyərlərə xüsusi diqqət yetirərək tolerantlıq ənənələrinin qorunmasına mühüm töhfələr verir.

R.Məmmədov diqqətə çatdırıb ki, tarixi proseslərin sürətlə dəyişən məzmunu, ictimai münasibətlər sisteminin üzləşdiyi yeni çağırışlar fərqli bir dövrə qədəm qoyduğumuzu göstərir:

“Buna görə də biz artıq din xadimi haqqında ənənəvi stereotiplərin dəyişdiyini də müşahidə edirik. Müasir dövr cəmiyyətlə daim ünsiyyətdə olan, sosial prosesləri bilən, gənclərlə dialoq qurmağı bacaran, rəqəmsal platformalarda sağlam dini dəyərləri təbliğ edən maarifçi ruhani obrazına ehtiyac duyur.

İndi din xadimlərinin xitab kürsüsü yalnız minbərlər olmamalıdır. Media, sosial şəbəkə, təhsil və digər platformalar icma müstəvisində də təsir sahibi olmaq üçün yeni imkanlar təqdim edir. Din xadiminin ən mühüm missiyalarından biri cəmiyyətin mənəvi immunitetini qorumaq, radikal ideologiyalara qarşı müqaviməti formalaşdırmaqdır”.

Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qeyd edib ki, Azərbaycanda müxtəlif dinlərə olan hörmət və birgəyaşayış ənənəsi uzun illərdir ki, cəmiyyətdə sülhün və qarşılıqlı anlaşmanın təmin olunmasında mühüm rol oynayır. Bu nümunə ölkəmizin uğurlu inkişaf modelinin əsas prinsiplərindən biridir.

Deputat din xadimlərinin cəmiyyətdəki maarifçilik rolunu da önə çəkib. O, inklüziv cəmiyyət qurulmasında dinin rolu və dini xadimlərinin bu sahədəki əhəmiyyətini qeyd edərək, onların qarşılıqlı hörmət, əməkdaşlıq mühitinin yaranmasına verdikləri töhfələrin xüsusi əhəmiyyət daşıdığını söyləyib.

Milli Məclisin deputatı Müşfiq Cəfərov inklüziv cəmiyyətin inkişafı istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə həyata keçirilən islahatlar barədə danışıb. O, eyni zamanda bu prosesdə din xadimlərinin üzərinə düşən vəzifələrə toxunaraq bütün dinlərin mahiyyətində və missiyasında şəfqət, mərhəmət hisslərinin dayandığını deyib. Bildirib ki, din xadimlərinin moizələrində bu dəyərlərin gündəmdə saxlanılması, gənclərə, habelə ailələrə doğru yön göstərilməsi inklüzivlik mədəniyyətinin güclənməsinə xidmət edir.

Regional konfrans işini panel iclasları ilə davam etdirib.

Əvvəlki Yazı

Azərbaycan və İran gömrük xidmətləri məlumat mübadiləsini gücləndirir

Növbəti Yazı

Tokayev İlham Əliyevə qazax milli geyimini hədiyyə etdi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.