İyul 9, 2026-0:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Gəncənin daxili yollarının əsaslı təmiri işləri yekunlaşmaq üzrədir

2025:09:23 - 12:25
in SOSİAL
A A
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Gəncə şəhərinin daxili yollarının əsaslı təmirini yekunlaşdırmaq üzrədir.

“Report” agentliyə istinadən xəbər verir ki, təmir olunan küçə və prospektlərin ümumi sahəsi 1 milyon kvadratmetrdən çoxdur.

Ümumilikdə 76 küçə və prospektdə təmir işləri aparılır. Layihə çərçivəsində köhnə asfalt-beton örtüyü sökülüb, zəruri sahələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əks dolğu işləri aparılıb və optimal qırmadaş, qum-çınqıl qarışığından ibarət yeni yol əsası inşa edilib. Bu mərhələlərin tamamlandığı küçələrdə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur və bu işlər artıq yekunlaşmaq üzrədir.

Eyni zamanda, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunub, yeni səkilər inşa edilib və kənarlarına səki daşları düzülüb.

“İnşaat Norma və Qaydaları”na uyğun olaraq, təmir olunan ərazilər boyunca yeraltı kommunikasiya xətlərinə aid baxış qapaqları layihə hündürlüyünə qaldırılıb və yenilənib. Bununla da müasir yol infrastrukturu formalaşdırılır.

Gəncədə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində həyata keçirilən təmir-tikinti işləri, vətəndaşların təhlükəsiz və komfortlu hərəkətini təmin edəcək.

Əvvəlki Yazı

Bu gün görkəmli yazıçı Sabit Rəhmanın anım günüdür

Növbəti Yazı

Dövlət Agentliyinə yeni səlahiyyət verildi – QƏRAR

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.