16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

“Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin final mərhələsinə start verildi

İyunun 29-da Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan “Gənc xilasedici” XII Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən builki yarışlarda Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan və Belarusdan olan komandalar iştirak edir. Tacikistan nümayəndə heyəti isə yarışlara müşahidəçi qismində qatılıb.

Tədbir iştirakçıları, əvvəlcə Bakı şəhərində Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar. Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Sonra Qəbələ şəhərində “Gənc xilasedici” XII Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika birinciliyinin final mərhələsinin açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Adil Abdullayev və Nazirliyin məsul əməkdaşları, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, yerli Elm və Təhsil idarəsinin, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri iştirak ediblər.

Mərasimə Azərbaycan Respublikasının Dövlət bayrağının meydana gətirilməsi və Dövlət Himninin səsləndirilməsi ilə start verilib.

Mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Adil Abdullayev yarış iştirakçılarını salamlayaraq məktəblilərin vətənpərvərlik ruhunda yetişməsi, onlarda fövqəladə hallarla mübarizə üzrə əməli vərdişlərin formalaşması, bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilən yarışların əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb. Nazir müavini yeniyetmə və gənclərin milli vətənpərvərlik, xalqına və dövlətinə sədaqət ruhunda formalaşması məsələsinə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hər zaman xüsusi həssaslıqla yanaşdığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam və inkişaf etdirilməsi nəticəsində bu gün ölkəmizdə vətənpərvər, dövlətinə və xalqına bağlı, yüksək biliyə malik gənc nəsil formalaşıb. Məhz bu gənc nəsildən ibarət qəhrəman Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Şanlı Zəfər tariximizi yazıb.

Daha sonra iştirakçıları salamlayan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev yarışların əhəmiyyətindən danışaraq, yeniyetmə və gənclərin fövqəladə hallarla mübarizə sahəsində əməli vərdiş və biliklərə yiyələnməsi, bu sahədə beynəlxalq əməkdaşlıq üçün mühüm rol oynadığını vurğulayıb, onlara uğurlar arzulayıb.

Tədbirin Təşkilat komitəsinin üzvü Məhbubə Mustafayeva ənənəvi olaraq hər il keçirilən yarışların əhəmiyyətindən ətraflı bəhs edib, komandalara müvəffəqiyyətlər arzulayıb.

Sonra yarışlara qatılmış komandaların təntənəli keçidi baş tutub.

Qeyd edək ki, “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır. Yarış ümumilikdə 4 mərhələdə – məktəb, rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil olunur. Zona yarışlarında qalib gəlmiş komandalar Ümumrespublika final yarışlarında iştirak edirlər. Builki Ümumrespublika birinciliyinin final mərhələsində 12 rayon və şəhərin komandaları birincilik uğrunda mübarizə aparacaqlar. Həmçinin, respublikanın müxtəlif bölgələrindən olan şəhid ailələrinin üzvləri builki yarışa dəvət olunub. Onların asudə vaxtlarının səmərəli təşkil olunması üçün əlavə proqramların keçirilməsi nəzərdə tutulur.

“Gənc xilasedici” Beynəlxalq yarışında isə Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan və Belarusdan olan komandalar qüvvələrini sınayacaqlar.

Yarışlar iyulun 4-nə kimi davam edəcək.

Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial