İyul 30, 2026-10:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Gənclər Kitabxanasında professor Buludxan Xəlilova həsr olunmuş elektron məlumat bazası hazırlanıb

2026:07:28 - 13:27
in MƏDƏNİYYƏT
A A

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan dilçilik elminin görkəmli nümayəndəsi, filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun zəngin elmi irsini əhatə edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası alimin həyat və yaradıcılığını sistemli şəkildə təqdim etməklə yanaşı, onun çoxşaxəli elmi fəaliyyətini geniş oxucu auditoriyasına çatdırmaq məqsədilə hazırlanıb. Resursda professor Buludxan Xəlilovun həyat və fəaliyyəti, elmi yaradıcılığı, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır. Elektron bazada görkəmli alimin müəllifi və tərtibçisi olduğu əsərləri, elmi məqalələri, müsahibələri, redaktə etdiyi, rəy və “Ön söz” yazdığı kitabların siyahısı təqdim olunur.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada filologiya elmləri doktoru Almaz Ülvinin “Dilçilik elmimizin əfsanəsi – Buludxan Xəlilov”, şair, publisist Şəmsi Qocanın “Buludxan Xəlilov – Ağbaba ruhunun elmi vüqarı” kimi məqalələrin tam mətni yer alır.

Elektron bazada, həmçinin professorun dilçilik elminin müxtəlif istiqamətlərinə həsr olunmuş araşdırmaları, Azərbaycan dilinin inkişafına verdiyi töhfələr, elmi-pedaqoji fəaliyyəti və milli dilçilik məktəbinin formalaşmasındakı xidmətləri əks etdirilir.

“Professor Buludxan Xəlilov – 60” adlı elektron baza kitabxananın rəsmi saytında yerləşdirilib.

Əvvəlki Yazı

Səidə Ömər: Zəfər xəbərini Türkiyə efirində ilk təqdim edənlərdən olmaq böyük qürur idi

Növbəti Yazı

Azərbaycanda mis konsentratı istehsalı 8 dəfədən çox artıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.