Yerli Geo televiziya kanalının verdiyi məlumata görə, Pakistan Ali Məhkəməsi korrupsiya ittihamları ilə həbs cəzası çəkən Pakistanın keçmiş Baş naziri İmran Xanın səhhətindəki problemlərə görə həbsxanadan xəstəxanaya köçürülməsi barədə qərar qəbul edib.
Məhkəmənin qərarına görə, siyasətçi növbəti iclasa qədər tibbi müayinə və müalicə üçün Şifa Xəstəxanasına göndəriləcək. Məhkəmə həmçinin hakimiyyət orqanlarına keçmiş baş nazirin tam tibbi qeydlərini təqdim etməyi tapşırıb və müxalifətdəki Ədalət Uğrunda Hərəkat partiyasından liderinin səhhəti məsələsini siyasiləşdirməməyi istəyib. (Tass)
