İyul 26, 2026-1:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə HADİSƏ

Goranboyda yanğın təhlükəsi ilə bağlı maarifləndirmə aparılıb

2026:07:24 - 14:47
in HADİSƏ
A A

“Ölkə ərazisində meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üzrə 2026–2030-cu illər üçün Birgə Fəaliyyət Planı”nın 36-cı bəndinin icrasının təmin edilməsi məqsədilə Goranboy Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində maarifləndirici tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində yanğın təhlükəsizliyi qaydaları, yanğınların başvermə səbəbləri, onların qarşısının alınması istiqamətində görülməli tədbirlər, eləcə də yanğın zamanı davranış qaydaları barədə iştirakçılara ətraflı məlumat verilib.

Çıxış edənlər yay mövsümündə hava şəraitinin quraq keçməsi səbəbindən yanğın riskinin artdığını qeyd edərək, vətəndaşları meşə və yaşıllıq ərazilərində odla ehtiyatlı davranmağa, tonqal qalamamağa, siqaret kötüklərini ətrafa atmamağa və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırıblar.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılaraq, yanğın təhlükəsizliyinə dair maarifləndirici materiallar paylanılıb və ətraf mühitin qorunmasının hər bir vətəndaşın məsuliyyəti olduğu vurğulanıb.

Əvvəlki Yazı

İşğaldan azad edilmiş ərazilərdə bərpa, tikinti və idarəetmə xidmətləri müəssisələrinin strukturu təsdiq edildi

Növbəti Yazı

“İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə” dəyişib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.