Hakimiyyət orqanları “Güclü Ermənistan” müxalifət blokunun üzvü Narek Karapetyanın Gürcüstan sərhədini keçməyə cəhd etməsindən sonra onun səyahətinə məhdudiyyətlər tətbiq edib.
Siyasətçinin Facebook səhifəsində canlı yayım zamanı bildirdiyi kimi, o və həmkarları bu gün Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars keçid məntəqəsinə baş çəkərək Ermənistan kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı vəziyyəti araşdırmağı planlaşdırıblar. “Lakin sərhədçilər bizə səfərimin qadağan olunduğunu və mənə məhdudiyyətlər qoyulduğunu bildirdilər”, – Karapetyan bildirib. (Tass)
