May 22, 2026-21:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Günay Əfəndiyeva: Şəhər tarix qarşısında məsuliyyət, gələcək qarşısında öhdəlikdir

2026:05:21 - 10:51
in SİYASƏT
A A

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın çoxşaxəli inkişaf modelinin dünyaya növbəti təqdimatıdır. Bu dəfə Bakı şəhərsalma mədəniyyətinin, memarlıq irsinin mühüm platformalarından biri kimi qlobal diqqət mərkəzinə çevrilir. 185 ölkədən gələn minlərlə nümayəndə, dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbər və təmsilçiləri, ekspertlər şəhərsalmanın aktual çağırışlarını müzakirə edir, təcrübə mübadiləsi aparır və gələcək perspektivlərinə dair nəticələr formalaşdırırlar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva səsləndirib.

O vurğulayıb ki, ölkəmizin bu mövzuda dünyaya sərgiləyəcəyi zəngin təcrübəsi var. Müasir dövrdə bir çox şəhərlər sürətli urbanizasiya prosesində öz tarixi simasını və mədəni ruhunu itirmək təhlükəsi ilə üz-üzə qalır. Bizim şəhərlərimiz isə inkişafla tarixi yaddaş arasında incə tarazlığı qoruyaraq, modernləşməni milli-mədəni irsin davamı ilə uzlaşdırmağı bacaran nadir şəhərlər sırasında yer alır.

Forumun açılışındakı çıxışında ölkəmizin başçısının vurğuladığı kimi, “Əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz”.

Əslində, bu fikirlər, dövlətimizin nəinki, memarlığa yanaşmasını, həm də ümumilikdə siyasətinin fəlsəfəsini əks etdirir: Yəni köklərimizə, dövlətçilik ənənələrimizə bağlı qalaraq müasir dünyaya açılmaq.

“Azərbaycan Prezidenti çıxışı boyunca mədəniyyətdən, şəhərsalma və memarlıqdan danışsa da, əslində eyni zamanda milli kimliyimizdən, tariximizdən danışdı. Dövlət başçısı çoxəsrlik şəhərlərimizi, o cümlədən Şamaxını, Naxçıvanı, Gəncəni, Şəkini, Şuşanı dahi şəxsiyyətlərimizin doğulduğu, mədəni ənənələrimizin formalaşdığı mərkəzlər kimi böyük ustalıqla tanıtdı, təbliğ etdi. Bu isə Azərbaycanın maddi-mənəvi dəyərlərinin, qədim dövlətçilik irsinin qlobal auditoriyaya çatdırılması baxımından çox dərin siyasi məna daşıyır.

Çünki şəhər – həm də yaddaşdır. Şəhər – siyasətdir. Şəhər – kimlikdir. Şəhər – tarix qarşısında məsuliyyət, gələcək qarşısında öhdəlikdir.

Uzun illər erməni işğalı altında qalan, dağıdılan, yerlə-yeksan edilən Qarabağın şəhərləri bu gün dövlətimizin iradəsi ilə, gücü ilə yenidən qurulur, dirçəldilir. Şəhərlərimizin əvvəlki siması bərpa edilir. Bu nədir? Bu, ölkəmizin yenidənqurma əzminin fövqündə dayanan, Qarabağın tarixi kimliyini və onun əzəli sakinlərinin bu torpaqlarla bağlılığını aydın şəkildə ifadə edən bir gerçəklikdir.

Prezidentin dediyi kimi, “Məhz torpağın yiyələri bu cür davranırlar”. Bu yanaşma şəhərsalmanı milli dəyərlərin davamı kimi daha geniş kontekstdə dərk etməyə imkan yaradır.

Ona görə də, Forumun Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətə şəhərsalma sahəsində Azərbaycanın nümunəsində daha dərin məzmun qazandırır”,- deyə Günay Əfəndiyeva fikirlərini tamamlayıb.

Əvvəlki Yazı

Nazir müavini: “Mənzil islahatları davam etdiriləcək”

Növbəti Yazı

Şərq filologiyasının aktual problemləri – beynəlxalq konfrans

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.