Mövcud təhlükəsizlik problemləri nəzərə alınmaqla, Gürcüstan Avropa Birliyinin tamhüquqlu üzvü olana qədər Aİ-nin xarici siyasətinə riayət edə bilməyəcək. Bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili parlamentdəki çıxışında bildirib.
“Təhlükəsizlik problemlərini nəzərə alaraq, istənilən prosesi qiymətləndirərkən, konkret xarici siyasət tədbirləri görərkən həddindən artıq ehtiyatlı olmalıyıq. Sadə statistikanı təkmilləşdirmək naminə milli maraqlarımıza əlavə təhlükə yaratmağa heç vaxt icazə verməyəcəyik. Müvafiq olaraq, Gürcüstan Avropa Birliyinin tamhüquqlu üzvü olana qədər onun üçün Aİ-nin xarici siyasətinə tam uyğunlaşmaq çətin olacaq”, – Boçorişvili bildirib.
