Aprel 27, 2026-19:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Gürcüstanda fəal soydaşlarımızın uğurlarından bəhs edən bədii-sənədli filmi çəkilib

2026:04:27 - 14:25
in MƏDƏNİYYƏT
A A

Gürcüstanda yaşayan soydaşlarımızın uğur hekayələrini əks etdirən “Novella II” bədii-sənədli filminin çəkilişləri yekunlaşıb. Hazırda filmin təqdimatına hazırlıq işləri aparılır.

Layihə rəhbəri İlkin Hüseynov AZƏRTAC-a açıqlamasında bildirib ki, təxminən 40 dəqiqəlik ekran işi paytaxt Tbilisi ilə yanaşı Marneuli, Qardabani və Telavi bələdiyyələrində lentə alınıb.

Filmdə hüquq, tibb, sosial və idman sahələrində fəaliyyət göstərən azərbaycanlı gənclərin həyat hekayələri təqdim olunur. Layihənin əsas məqsədi Gürcüstanda yaşayan azərbaycanlı icmasının uğurlarını, qarşılaşdıqları çətinlikləri və əldə etdikləri nailiyyətləri tamaşaçılara təsirli və motivasiyaedici formada çatdırmaqdır.

Bədii-sənədli film iş adamlarının dəstəyi ilə Aktual Media tərəfindən istehsal olunub və hazırda son montaj mərhələsindədir. Layihə, eyni zamanda, gənc nəsildə təhsilə marağın artırılmasını və uğurlu azərbaycanlıların gürcü cəmiyyətinə daha yaxından tanıdılmasını hədəfləyir.

Qeyd edək ki, layihənin ilk hissəsi – “Novella I” 2025-ci ildə yayımlanaraq geniş ictimai marağa səbəb olmuşdu. Yeni ekran işinin də həm yerli, həm də beynəlxalq film festivallarında nümayiş etdirilməsi planlaşdırılır.

Əvvəlki Yazı

Bakıda 16 dərəcə isti olacaq, rayonlara yağış yağacaq

Növbəti Yazı

Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.