Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ Dövlət Departamentini Vaşinqtonun insidentdə heç bir payının olmadığını sübut etmək üçün 4 oktyabr çevriliş cəhdini pisləməyə çağırıb.
“Mənim ABŞ Dövlət Departamentinə çağırışım hökuməti devirmək cəhdini açıq şəkildə pisləmək və bununla da gürcü xalqına Dövlət Departamentinin ölkəmizə elə bir marağı olmadığını effektiv şəkildə nümayiş etdirməkdir”, – Kobaxidze brifinqdə deyib.
