Bəzən xəstələr sual verir ki, yırtıq var lakin ağrı vermir, niyə əməliyyat olunmalıdır.
Ritorika.az yazır ki, Doktor Ramil Nadirovun fikrinə görə, yırtığın yeganə əlacı cərrahi müdaxilədir. Lakin düzgün olmayan cərrahiyyə əməliyyatı yenidən yırtığa səbəb ola bilər.
Həkimin sözlərinə görə, əməliyyat olunmama yırtıq boğulmasına səbəb ola bilər. Bu, damarların sıxılmasıdır və qusma, tərləmə, ürəkbulanma kimi əlamətləri olur.
Bu patoloji halın yeganə əlacı cərrahiyə əməliyyat aparmaqdır.