İyun 14, 2026-19:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Həmrəylik forumu Türk dünyasının vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın yeni mərhələsidir RƏY

2025:11:26 - 16:31
in SİYASƏT
A A

Noyabrın 24-də Bakıda başlayan və Naxçıvanda davam edən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu Türk dünyasının vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın yeni mərhələsidir. Bizim 30 il ərzində planlaşdırdığımız, ancaq həyata keçirə bilmədiyimiz çox böyük bir tədbir baş tutdu. Bu forumu Türk dünyası QHT-lərinin Zirvə toplantısı da adlandırmaq olar. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası və Macarıstandan nümayəndələrin iştirak etdiyi həmrəylik forumu Türk dünyası QHT-lərinin yeni bir platformasıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni deyib.

Onun sözlərinə görə, yaranmış yeni imkanlardan istifadə edərək vətəndaş cəmiyyətlərinin bütün istiqamətlərdə əməkdaşlığını gücləndirmək məqsədilə müzakirələr aparılıb: “Əməkdaşlıq məsələlərində ekoloji problemlərə qarşı birgə mübarizə, təhlükəsizlik məsələləri, qarşılıqlı dəstək mexanizmləri öz əksini tapıb. Bu mexanizmlər həm ölkəmiz, həm də region üçün birgə layihələrin həyata keçirilməsində yeni fürsətlər yaradır. Hesab edirəm ki, həm yerli QHT-lər, həm də Türk dünyasının QHT-ləri bu mənada çox böyük imkanlar qazanıblar”.

Forumun panel müzakirələrində iştirakçıların çıxışlarının maraqla qarşılandığını diqqətə çatdıran QHT sədri əlavə edib: “Demək olar ki, fikirlərimiz üst-üstə düşür. Türk dünyası Zəngəzur dəhlizi, vətəndaş cəmiyyətlərinin inkişafı, təhlükəsizlik, iqtisadi inkişaf, ictimai-mədəni əlaqələr və sairə kimi məsələlərdə eyni fikirdədir. Mütərəqqi düşüncəli QHT liderləri ilə əməkdaşlıq bizim üçün mühüm əhəmiyyətə malikdir”.

Əvvəlki Yazı

Vizasız səfər ölkələr arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı dərinləşdirir ŞƏRH

Növbəti Yazı

Kiyevdə Zəfərimizin ildönümü və “Konstitusiya və Suverenlik İli” çərçivəsində ekoloji aksiya keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.