İyun 15, 2026-17:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Hərbi prokuror: Zəngilanın azad edilməsi ilə Qarabağ zəfərinin hərbi-siyasi mənzərəsi tamamlandı

2025:11:05 - 12:22
in SİYASƏT
A A

Zəngilanın azad edilməsi ilə Azərbaycanın geosiyasi gücü artdı və Qarabağ zəfərinin hərbi-siyasi mənzərəsi tamamlandı.

“Report”un Zəngilana ezam olunan müxbiri xəbər verir ki, bunu hərbi prokuror Bəhruz Əhmədov noyabrın 5-də “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, hazırda bu torpaqda dalğalanan üçrəngli bayraq dövlətin suverenliyinin, xalqın birliyinin və igid oğulların qanı ilə yazılmış qələbənin rəmzidir:

“Əlbəttə, bu qələbənin əsas dayağı və şərəf simvolu Azərbaycan Ordusudur. Silahlı Qüvvələrimizin mərdliyi, rəşadəti, fədakarlığı və Vətən sevgisi qarşısında dərin ehtiramla baş əyirik. Əsgərdən zabitə hər bir döyüşçü öz qanı və canı ilə bu torpaqların azadlığı və dövlətin bütövlüyü uğrunda misilsiz qəhrəmanlıq göstərdi. Onların igidliyi, andına sadiqliyi, dövlətə və xalqa sədaqəti Zəfər tariximizin qızıl səhifələrinə yazıldı. Azərbaycan əsgəri döyüş meydanında təkcə silahla deyil, imanla, ruhla və haqq inamı ilə vuruşdu. Onlar Vətən uğrunda can verərkən xalqına qürur, gələcək nəsillərə azadlıq miras qoydu”.

Hərbi prokuror həmçinin qeyd edib ki, Baş prokuror müharibə günlərində raket atəşinə məruz qalan Gəncə və Bərdə şəhərlərinə, həmçinin hələ aktiv döyüşlərin getdiyi vaxtda, son dərəcə təhlükəli şəraitdə Tərtər rayonuna şəxsən səfər edib:

“O, hadisə yerlərində vəziyyəti qiymətləndirib, 30-a yaxın səfir və müavini, 19 diplomatik korpus əməkdaşı, eyni zamanda, 30-dan artıq yerli və xarici media nümayəndəsinin iştirakı ilə keçirilən brifinqlərdə Azərbaycan reallıqlarını əsaslı faktlarla təqdim edib”.

Əvvəlki Yazı

Baş prokuror: Azad olunmuş ərazilərdə hüquq və ədalətin qorunması müqəddəs borcdur

Növbəti Yazı

Bakıda “Fərqliliyin rəngi” festivalı keçirilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.