Həştərxan vilayətinin Kamyzyak rayonunun Samosdelka kəndi yaxınlığında Volqa çayında iki kiçik qayıq arasında toqquşma baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
“Samosdelka kəndi yaxınlığındakı Volqa çayında iki kiçik qayıq toqquşub. Qayıqlardan birində olan 63 yaşlı moskvalı suya yıxılaraq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib”, – deyə açıqlamada bildirilir. (Tass)
