Naməlum şəxslər qısa müddətə sağçı Milli Mitinq parlament qrupunun lideri və 2027-ci il prezidentliyə namizəd Marin Le Penin X hesabına daxil ola biliblər. Bu barədə AFP partiyanın bəyanatına istinadən məlumat yayıb.
Agentlik partiya sözçüsündən sitat gətirərək bildirib ki, “Marine Le Penin hesabı haker hücumuna məruz qalıb. Biz onu bərpa etmək üçün fəal şəkildə çalışırıq”. Agentliyin məlumatına görə, naməlum şəxslər onun səhifəsində kriptovalyuta reklamı yerləşdiriblər, lakin reklam bir neçə dəqiqə ərzində yoxa çıxıb. (Tass)
