Dişinizi vaxtında çəkdirməsəniz, həyatınız üçün təhlükə yarana bilər. Əgər dişlərin kökündə kista varsa, dişlər diş cərgəsində sıxlıq yaradırsa, dişlərin kökünün həddindən artıq laxlması, karieslə həddindən artıq zədələnməsi, tacının bərpasının mümkün olmaması, kötüyün altındakı iltihabi prosesin çənə sümüyünə və ətrafdakı yumşaq toxumalara yayılması halları varsa – xəstənin həyatı üçün təhlükə yaranırsa, mütləq olaraq dişlərin çəkilməsi göstərişdir. Pasient unutmamalıdır ki, hər bir halda dişin çəkilib- çəkilməməsinə qərarı həkim-stomatoloq verməlidir.
Həkim stomatoloq Günel Şeydayeva