Fələstinin HƏMAS hərəkatının hərbi qanadı olan İzzəddin Əl-Qəssam Briqadaları Qəzza zolağında İsraillə əldə olunan atəşkəs razılaşmasının şərtlərinə əməl etməyə hazır olduğunu bəyan edib.
Qrupun Telegram kanalında dərc edilmiş bəyanatda deyilir: “İşğalçı İsrail qüvvələri də razılaşmalara əməl edərsə, əldə edilmiş razılaşmaya və onun yerinə yetirilməsi müddətinə sadiq olduğumuzu bəyan edirik”.
İzzəddin Əl-Qəssam Briqadaları Qəzza razılaşmasını “[Fələstin] xalqının və müqavimət döyüşçülərinin dözümlülüyünün nəticəsi” adlandırıb. (Tass)
